Dünya

Vaksinlənmiş turistlər iyunun 7-dən İspaniyaya səfər edə biləcəklər

1 dəqiqə
Vaksinlənmiş turistlər iyunun 7-dən İspaniyaya səfər edə biləcəklər

Avropa Dərman Preparatları Agentliyi (EMA) və ya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş koronavirus peyvəndi ilə vaksinasiya edilən xarici turistlər iyunun 7-dən İspaniyaya səfər edə biləcəklər.

Bu barədə bu gün İspaniyanın baş naziri Pedro Sançes bildirib.

O ümidvardır ki, Avropa peyvənd sertifikatları qarşıdan gələn yayın turizm sənayesi üçün 2020-ci ilə nisbətən daha yaxşı olmasına imkan verəcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun