Dünya

Avropa İttifaqında COVID sertifikatının sınaq rejimində tətbiqinə başlanılıb

1 dəqiqə
Avropa İttifaqında COVID sertifikatının sınaq rejimində tətbiqinə başlanılıb

Belçika Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının daxildə karantin müddəti qoyulmadan və PCR testi olmadan səyahət etməsinə imkan verən Avropa “yaşıl rəqəmsal buraxılış vəsiqələri”nin - COVID sertifikatının sınaq rejimində tətbiqinə başlayıb.

Bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ulsula Von der Leyen məlumat verib.

“Avropa yaşıl rəqəmsal buraxılış vəsiqələri iyulun 1-dən qüvvəyə minir, lakin Avropa ölkələri öz vətəndaşlarının səfərlərini asanlaşdırmaq üçün onu daha tez tətbiq edə bilərlər. Belçika bunu bu gündən etibarən etmək qərarına gəlir”, - o bildirib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun