Siyasət

Azərbaycanın Bosniya və Herseqovinada Səfirliyi təsis edilir

1 dəqiqə
Azərbaycanın Bosniya və Herseqovinada Səfirliyi təsis edilir

Azərbaycanın Bosniya və Herseqovinada Səfirliyi təsis edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu təsdiqləyib.

Dövlət başçısının imzaladığı sərəncamla Nazirlər Kabinetinə Azərbaycanın Sarayevo şəhərində səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun