Siyasət

Azərbaycanla Ermənistan Kəlbəcərdəki vəziyyətlə bağlı görüşəcək

1 dəqiqə
Azərbaycanla Ermənistan Kəlbəcərdəki vəziyyətlə bağlı görüşəcək

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Kəlbəcərlə sərhəddə yaranmış situasiyaya toxunub.

Bu barədə Ermənistan KİV xəbər verib.

O, Azərbaycan-Ermənistan sərhədinin Qeqarkunik vilayətində yaranan durum barədə danışıb.

“Moskva ilə hazırda müzakirələr aparılır. Amma Azərbaycan Ordusu ərazidən tam çıxmasa, məsələ həll olunmayacaq”- deyə Avinyan söyləyib.

O, sərhəd gərginliyi ilə bağlı yaxın zamanlarda yeni görüş keçiriləcəyini də söyləyib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun