Dünya

FBI agenti: "Culian Assancla bağlı ifadələrimin əksəriyyəti uydurmadır"

1 dəqiqə
FBI agenti: "Culian Assancla bağlı ifadələrimin əksəriyyəti uydurmadır"

Federal Təhqiqatlar Bürosu (FBI) agenti olduğu ortaya çıxan Siqurdur Thordarson “WikiLeaks”in banisi Culian Assanc haqqında verdiyi ifadələrin böyük əksəriyyətinin uydurma olduğunu bildirib.

WikiLeaks-də bir könüllü kimi işləyən Siqurdurun sonradan FTB agenti olduğu üzə çıxıb.

2013-cü ildə Amerikanın dünya liderləri də daxil qlobal səviyyədə siyasətçilərin telefon danışıqlarını və yazışmalarını dinlədiyini ifşa etdikdən sonra Rusiyaya sığınan Edvard Snovden də Siqurdurun etirafları barədə fikir bölüşüb.

O bildirib ki, bu etiraflar Culian Assanc işinin sonu olmalıdır.

49 yaşlı Culian Assanc minlərlə məxfi sənədin yayıldığı WikiLeaks-in əsasını qoyanlardan biridir. Ona qarşı iddialar Əfqanıstan və İraqdakı müharibələrlə bağlı 2010-11-ci illərə aid məxfi sənədlərin yayılmasından sonra irəli sürülüb. Assanc 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınıb və 2019-cu ilin aprelinə qədər orada yaşayıb. 2019-cu ildə Ekvador hökuməti ona verilən sığınacağı ləğv edib və İngiltərə polisi ABŞ-ın tələbi ilə onu səfirlikdə həbs edib. ABŞ-da mühakimə olunacağı təqdirdə Assancı 175 ilə qədər həbs cəzası gözləyir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun