Dünya

Filippin prezidentindən xalqa: "Ya peyvənd olunacaqsınız, ya da həbs olunacaqsınız"

1 dəqiqə
Filippin prezidentindən xalqa: "Ya peyvənd olunacaqsınız, ya da həbs olunacaqsınız"

Filippinin prezidenti Rodriqo Duterte peyvənd mərkəzlərinin boş qalmasından sonra xalqı açıq təhdid edib.

O çıxışında bildirib ki, "seçiminizi edin, ya peyvənd olunacaqsınız, ya da sizi həbsə atacam".

Rodriqo Duterte deyib ki, "məni yanlış almayın, ölkədə böhran var". O əlavə edib ki, Filippin xalqının hökuməti dinləməməsindən bezib.

Koronavirusla (Covid-19) mübarizədə sərt mövqedə dayanan prezident məktəblərin də açılmamasına qərar verib.

Filippinin Səhiyyə Nazirliyi isə bundan əvvəl peyvənd tətbiqinin məcburi yox, könüllü qaydada həyata keçiriləcəyini bildirmişdi.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun