Dünya

İranın yeni prezidentinin andiçmə mərasiminin vaxtı açıqlanıb

1 dəqiqə
İranın yeni prezidentinin andiçmə mərasiminin vaxtı açıqlanıb

İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasimi avqust ayının 3-də keçiriləcək.

Bu barədə İran parlamentinin spiker müavini Əli Nikzad bildirib.

O deyib ki, andiçmə mərasimi parlamentin binasında təşkil olunacaq və tədbirin keçirilməsi üçün hazırlıqlar görülüb.

Andiçmə mərasimində əcnəbi qonaqlar da iştirak edəcək.

Qeyd edək ki, İbrahim Rəisi İranın 13-cü dövr prezident seçkilərində 18 021 945 səslə qalib gəlib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun