Dünya

Şimali koreyalı qaçqın: “İnsanlar aclıqdan bir-birini öldürür, ətini yeyirdi”

1 dəqiqə
Şimali koreyalı qaçqın: “İnsanlar aclıqdan bir-birini öldürür, ətini yeyirdi”

Şimali koreyalı qaçqın və hüquq müdafiəçisi Çjihyon Pak ötən əsrin 90-cı illərində ölkədəki aclıq və kannibalizmdən danışıb.

Lenta.ru xəbər verir ki, o, hər gün küçədə yeni cəsədlərin peyda olduğunu bildirib.

“İnsanlar aclıqdan ağlını itirir, bir-birini öldürür, ətini yeyirdi. Onlar hətta uşaqları da yeyirdilər”, -deyə Pak qeyd edib.

Onun sözlərinə görə, ailəsi də siçovul yeməklə dolanıb. Dayısı isə aclıqdan ölüb.

Qeyd edək ki, hazırda Şimali Koreya yeni aclıq təhlükəsilə üzləşib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun