Siyasət

Üçtərəfli komissiyanın fəaliyyəti nə vaxt bərpa olunacaq? - Şahin Mustafayev açıqladı

1 dəqiqə
Üçtərəfli komissiyanın fəaliyyəti nə vaxt bərpa olunacaq? - Şahin Mustafayev açıqladı

Ermənistanda yeni hökumət formalaşdıqdan sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti davam etdiriləcək.

Bunu Ağdamda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə deyib.

Ş.Mustafayev bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu kifayət qədər konstruktiv fəaliyyət göstərir:

“Bilirsiniz ki, Ermənistanda seçki prosesi gedir, yeni hökumət formalaşır. Düşünürəm ki, yeni hökumət formalaşandan sonra işçi qrupunun fəaliyyəti davam etdiriləcək. İndiyə qədər keçirilən görüşlərdə kifayət qədər konstruktiv yanaşma müşahidə olunub”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun