Siyasət

UEFA Azərbaycanın “qara siyahı”sında olan erməni jurnalistlə bağlı qərar verdi

1 dəqiqə
UEFA  Azərbaycanın “qara siyahı”sında olan erməni jurnalistlə bağlı qərar verdi

Rusiyanın “Matç TV” kanalının şərhçisi Nobel Arustamyan Avro-2020 seçmələrini işıqlandırmaq üçün akkreditasiyadan keçib.

Məlumatı ilk olaraq “Matç TV”-nin baş prodüseri Tina Kandelaki yayıb.

“Nobel Arustamyanı AVRO-ya akkreditasiya etdilər”-deyə o sosial şəbəkədəki səhifəsində yazıb. Rusiya XİN mətbuat katibi Mariya Zaxarova da məlumatı təsdiqləyib və UEFA-ya minnətdarlığını bildirib.

Xatırladaq ki, Nobel Arustamyan bir neçə il öncə, işğal altında olan Qarabağ bölgəsinə qanunsuz səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahı”ya salınmışdı. AVRO-2020 turnirini işıqlandırmaq istəyən istənilən jurnalist isə oyunlara ev sahibliyi edən bütün ölkələrə giriş icazəsinə malik olmalı idi.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun