Dünya

Xamenei peyvənd olundu

1 dəqiqə
Xamenei peyvənd olundu

İranın Ali lideri Əli Xamenei bu gün İran istehsalı “Kov Iran Barakat” koronavirus vaksini ilə peyvənd olunub.

“İRNA” xəbər verir ki, bu barədə İranın Ali rəhbərinin saytında məlumat verilib.

Əli Xameneinin COVID-19 peyvəndi olan “Kov Iran Barakat”ın ilk dozasını aldığı bildirilir.

“Artıq bir neçə aydır məni peyvənd etməyə çağırırlar, amma əvvəlcə İran peyvəndinin istehsalını gözləyəcəyimi və peyvəndin növbədənkənar edilməsini istəmədiyimi dedim”, - deyə Xamenei qeyd edib.

[embed]https://www.youtube.com/watch?v=hBnW0ThGtTk[/embed]

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun