Dünya

ABŞ Haitinin hərbi dəstək istəyini geri çevirib

1 dəqiqə
ABŞ Haitinin hərbi dəstək istəyini geri çevirib

Haiti hökuməti ABŞ-dan ölkədəki dəniz və hava limanlarının təhlükəsizliyini qorumaq üçün hərbi dəstək istəyib. ABŞ isə Haiti hökumətinin bu istəyini geri çevirib.

Haiti prezidenti öldürüldükdən sonra onu əvəz edən keçid hökumətinin başçısı Klod Jozef ABŞ dövlət katibi Entoni Blinkenlə danışıq zamanı belə bir dəstək istəmişdi.

ABŞ isə Haiti hökumətinin hərbi dəstək istəyini geri çevirdikdən sonra, hələlik ölkəyə Federal Təhlükəsizlik Bürosunun (FBİ) əməkdaşlarının göndərilməsinə qərar verib.

İyulun 7-də Haiti Prezidenti Jovenel Moiz şəxsi iqamətgahında güllənərək öldürülüb. Bunu ölkənin baş naziri vəzifələrini icra edən Klod Jozef deyib. Onun sözlərinə görə, prezidentin iqamətgahı yerli vaxtla gecə saat 01:00-də naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun