Dünya

Cinsi təcavüzdə ittiham olunan Bill Cosby bəraət alıb

1 dəqiqə
Cinsi təcavüzdə ittiham olunan Bill Cosby bəraət alıb

Amerikanın Pensilvaniya ştatının ali məhkəməsi 2018-ci ilə cinsi təcavüz ittihamı ilə həbs edilən məşhur komediyaçı Bill Kozbinin azadlığa buraxılmasına qərar verib.

Aktyorun vəkilləri bildiriblər ki, o, artıq azadlığa buraxılıb və evinə gedir.

2 ildən uzun müddətdə həbsdə olan Kozbi Konstand adlı qadına cinsi təcavüz etməkdə ittiham olunub. Daha sonra isə 60-dan çox qadın Kozbinin onlara cinsi təcavüz etdiyini bildirərək şikayət ediblər.

Bundan sonra məhkəmə onunla bağlı həbs qərarı çıxarıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun