İdman

FIFA futbolu dəyişdirir: İnqilabi yeniliklər nədən ibarətdir?

1 dəqiqə
FIFA futbolu dəyişdirir: İnqilabi yeniliklər nədən ibarətdir?

FIFA futbolu kökündən dəyişdirəcək beş dəyişiklik barədə müzakirələr aparır.

Bu iddia ilə Türkiyənin “NTV Spor” kanalı çıxış edib.

Tarixi dəyişikliklərin aşağıdakılardan ibarət olduğu açıqlanıb:


  • Hər hissənin müddəti 45 dəqiqədək 30 dəqiqəyədək azaldılacaq;

  • Matç zamanı “təmiz vaxt” anlayışı tətbiq ediləcək və oyunun dayandığı vaxtlarda onun vaxtı da dayandırılacaq;

  • Oyunçu dəyişikliyi məhdudiyyətsiz olacaq;

  • Aut atışları ayaqla icra ediləcək;

  • Sarı kart alan futbolçu 5 dəqiqə oyundan kənar qalacaq.


Qeyd edək ki, əgər bu dəyişikliklər tətbiq olunarsa, futbol alışdığımızdan daha fərqli bir oyuna çevrilə bilər.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun