Dünya

İraqda hüquq müdafiəçisi qaçırılaraq öldürülüb

1 dəqiqə
İraqda hüquq müdafiəçisi qaçırılaraq öldürülüb

İraqda insan haqları müdafiəçisi Əli Kərim qaçırılaraq qətlə yetirilib.

Onun cəsədi ölkənin Zubeyr rayonu ətrafından tapılıb.

İraq polisinin verdiyi məlumata görə, cəsədin üzərində güllə yaraları aşkar edilib. Bundan əvvəl, 2019-cu ildə onun qardaşı da bu şəkildə qətlə yetirilib.

Əli Kərimin aktivist olan anası da 2012-ci ildə silahlı bir qrup tərəfindən qaçırılmış, daha sonra sərbəst buraxılmışdı. O, Amerikaya işləməkdə ittiham edilirdi.

İraqda olan siyasi aktivistlər son olaraq 2018-ci ildən etibarən qaçırılmalara və qətllərə məruz qalırlar.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun