Dünya

İsveçdə təyyarə qəzaya uğradı

1 dəqiqə
İsveçdə təyyarə qəzaya uğradı

İsveçin Orebro şəhərində içində 9 nəfər olan təyyarə qəzaya uğrayıb.

Paraşütlə tullanmaq üçün dizayn edilmiş təyyarədə olan şəxslərin vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur. Bildirilir ki, təyyarədə paraşütçülər olub və onlar tullanışa hazırlaşırmışlar.

İsveçin Fövqəladə Hallar Nazirliyi bildirib ki, təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Ölkənin Daxili İşlər Nazirliyi də məsələyə rəsmi münasibət bildirərək açıqlayıb ki, bu bir qəzadır və xeyli sayda insanın ölməsinə səbəb olub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun