Dünya

Misirdə 24 ihvan məhbusu haqda ölüm hökmü çıxarılıb

1 dəqiqə
Misirdə 24 ihvan məhbusu haqda ölüm hökmü çıxarılıb

Misir məhkəməsi iki ayrı iş üzrə ittiham olunan Müsəlman Qardaşları təşkilatının 24 üzvü ilə bağlı edam qərarı çıxarıb.

Söhbət 2015-ci ildə 3 polisin ölməsi, 39-unun yaralanmasına səbəb olan terror hücumunu həyata keçirən şəxslərdən gedir.

Məhkəmə həmin şəxsləri 3 polis əməkdaşını qəsdən öldürməkdə və terror təşkilatını maliyyələşdirməkdə məsuliyyətli bilərək edəm qərarı çıxarıb.

Eyni məhkəmə 2014-cü ildə bir polis əməkdaşının öldürülməsində ittiham olunaraq həbs edilən daha 8 nəfərə də edam qərarı çıxarıb.

Edam cəzası alanlar arasında qruplaşmanın liderlərindən biri Məhəmməd Süveydan da var.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun