Dünya

Misirdə dörd il davam edən fövqəladə vəziyyət rejimi yenidən uzadıldı

1 dəqiqə
Misirdə dörd il davam edən fövqəladə vəziyyət rejimi yenidən uzadıldı

Bu gün Misir parlamenti prezident Əbdülfəttah əs-Sisinin ölkədə fövqəladə vəziyyət rejiminin üç ay uzadılması barədə fərmanını təsdiqləyib.

Bu barədə Misirin “Al Youm As Sabi” xəbər portalı məlumat yayıb.

Fərman 24 iyul tarixindən yerli vaxtla saat 01:00-dan qüvvəyə minir.

Misirdə fövqəladə vəziyyət 2017-ci ilin aprelində - terrorçuların iki kilsəyə hücumu nəticəsində onlarla insanın ölməsindən sonra tətbiq edilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun