Dünya

MİT Fətullah Gülənin Orta Asiya üzrə nümayəndəsinin həbs edildiyini deyir

1 dəqiqə
MİT Fətullah Gülənin Orta Asiya üzrə nümayəndəsinin həbs edildiyini deyir

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Fətullah Gülənə yaxın şəxslərin ölkə ərazilərindən kənarda həbs edilərək ölkəyə gətirilməsinə davam edir.

MİT-in açıqlamasına görə, Fətullah Gülən hərəkatının Orta Asiyadan məsuliyyətli nümayəndəsi İnand Qırğızıstanda həbs olunaraq ölkəyə gətirilib.

İnand 1990-cı illərdən etibarən Qırğızıstanda Fətullah Gülən hərəkatına bağlı məktəblərə və dərnəklərə nəzarət edib.

Türkiyə hökuməti ABŞ-ın Pensilvaniya ştatında yaşayan "Hizmət" təşkilatının 80 yaşlı lideri Fətullah Güləni 2015-ci il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddə günahlandıraraq Vaşinqtondan onun ekstradisiyasını tələb edib. ABŞ-ın o zamanki dövlət katibi Con Kerri  isə bildirib ki, Türkiyə Fətullah Gülənin cinayət əməlləri ilə bağlı dəlilləri təqdim edəcəyi təqdirdə, ABŞ onun ekstradisiyası məsələsinə baxacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun