Dünya

Məşhur dələduz “Tosuncuk” polisə təslim oldu

1 dəqiqə
Məşhur dələduz “Tosuncuk” polisə təslim oldu

Türkiyədə 100 mindən çox şəxsi aldadaraq milyonlarla dolları ələ keçirən və uzun müddətdir beynəlxalq axtarışda olan “Tosuncuk” ləqəbli dələduz Mehmet Aydın Braziliyanın San-Paulu şəhərində polisə könüllü təslim olub.

“Hürriyət”in xəbərinə görə, 2018-ci ildə qurduğu “Çiftlik Bank” internet oyunu ilə 132 min 222 nəfərdən 1 milyard 139 milyon lirə ələ keçirərək xaricə qaçan Aydın ötən gecə San-Paulu səfirliyinə yaxınlaşaraq polisə təslim olub.

Bildirilir ki, 26 yaşlı dələduz ötən gün vəkilləri vasitəsilə “Sözçü” qəzetinə videomüraciət göndərərək təslim olmağa hazırlaşdığını deyib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun