Dünya

Rusiya Qara dənizdəki təlimlərə reaksiya verdi

1 dəqiqə
Rusiya Qara dənizdəki təlimlərə reaksiya verdi

“Vaşinqton və müttəfiqləri Qara dəniz sularını güc qarşıdurması bölgəsinə çevirir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, ABŞ və Ukraynanın ev sahibliyindəki “Sea Breeze-2021” təlimləri təhrikedicidir:

“Əlbəttə, bu, təhrikedici əzələ oyunudur. Belə təlimlər mütəmadi təşkil olunur və Rusiyaya qarşı edilir. Vaşinqton və müttəfiqləri Qara dəniz sularını əməkdaşlıq bölgəsindən güc qarşıdurması bölgəsinə çevirir.

Bu, ABŞ liderliyində dünyada bir bölgənin daha qeyri-sabit və təhlükəli olması üçün qəsdən edilir. NATO Rusiya sərhədlərindəki vəziyyəti qəsdən qeyri-sabitləşdirir və silahlı hadisələrin yaşanması təhlükəsini artırır”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun