Dünya

Rusiya və Çin ortaq hərbi təlimlərə başlayır

1 dəqiqə
Rusiya və Çin ortaq hərbi təlimlərə başlayır

Avqustda Rusiya və Çinin ortaq təlimləri baş tutacaq.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, Rusiya ordusunun bəzi qüvvələri Çində keçiriləcək təlimlərdə iştirak edəcəklər.

Ortaq təlimlərdə ümumilikdə 10 min hərbçi iştirak edəcək. Müxtəlif hərbi təyyarələr və zirehli texnika da təlimlərdə iştirak edəcək.

Nazirlikdən bildiriblər ki, təlimlərin məqsədi Rusiya - Çin münasibətlərində ortaqlıq və strateji əməkdaşlığı gücləndirmək, iki ölkənin silahlı qüvvələri arasında hərbi əməkdaşlığı artırmaq, Rusiya və Çinin lazım olarsa döyüşməyə hazır olduğunu göstərməkdir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun