Dünya

Tbilisidə yeni doğulan körpə koronavirusdan ölüb

1 dəqiqə
Tbilisidə yeni doğulan körpə koronavirusdan ölüb

Tbilisidə Tsitsişvili uşaq xəstəxanasında koronavirusa yoluxan üçhəftəlik körpə ölüb.

Onda virusun "Alfa" ştammı aşkarlanıb.

Körpə iki həftədən çox klinikada müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Tsitsişvili klinikasında COVID-19 diaqnozu qoyulan daha iki körpə müalicə olunur. İkiaylıq körpələr reanimasiya şöbəsinə yerləşdirilib

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun