Dünya

Türkiyə F-16-ları NATO-nun hava polisliyini edəcək

1 dəqiqə
Türkiyə F-16-ları NATO-nun hava polisliyini edəcək

Türkiyə ilə Amerikaya aid döyüş qırıcıları Polşa və İslandiyada NATO-nun hava polisliyi vəzifəsini icra edəcəklər.

Bu barədə NATO açıqlama yayıb.

Bildirilir ki, Türkiyəyə aid 4 F-16 döyüş qırıcısı hava sahəsinin təhlükəsizliyini təmin etmək üçün Polşadakı "Malbork" hərbi bazasına göndərilib.

Türkiyə qırıcıları və 80 nəfərlik dəstək personalı sentyabrın ortalarında qədər tam tərkibdə Polşada olacaq.

NATO bu qatqıya görə Türkiyəyə və Amerikaya təşəkkür etdiyini bildirib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun