Dünya

Aİ Türkiyənin COVID sertifikatını tanıdı

1 dəqiqə
Aİ Türkiyənin COVID sertifikatını tanıdı

Avropa İttifaqı Komissiyası Türkiyə, Makedoniya və Ukraynanın COVID-19 sertifikatlarının tanınması barədə qərar qəbul edib.

“Anadolu” məlumat verir ki, müvafiq qanun avqustun 20-dən etibarən qüvvəyə minəcək.

Bildirilib ki, hər üç ölkənin məlumatlar bazası Aİ sertifikatlar sisteminə inteqrasiya ediləcək. Bununla da, hər üç ölkənin vətəndaşları Avropa ölkələrinə sərbəst səyahət edə biləcək.

Adıçəkilən ölkələr də, öz növbəsində Aİ ölkələri tərəfindən verilmiş COVID sertifikatlarını tanıyacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun