Dünya

CNN vaksin vurdurmayan əməkdaşlarını işdən qovdu

1 dəqiqə
CNN vaksin vurdurmayan əməkdaşlarını işdən qovdu

CNN telekanalının rəhbərliyi koronavirusa qarşı vaksin olunmadan ofisə gələn üç işçisi ilə müqaviləyə xitam verib.

Bu barədə telekanalın jurnalisti Oliver Darsi CNN-nin prezidenti Ceff Sukerə istinadən məlumat yayıb.

“Ötən həftə öyrəndik ki, üç işçimiz peyvənd edilmədən ofisə gəlib. Onların hər üçü işdən azad edildi. Bu mövzuda siyasətimizi sıfır tolerantlıq üzərində qurduğumuzu açıq şəkildə bəyan edirik”, - deyə CNN-nin prezidenti daxili yazışmada əməkdaşlarına xəbərdarlıq edərkən vurğulayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun