Cəmiyyət

Dairə Seçki Komissiyalarına yeni sədrlər, müavinlər və katiblər seçilib

1 dəqiqə
Dairə Seçki Komissiyalarına yeni sədrlər, müavinlər və katiblər seçilib

Respublika üzrə Dairə Seçki Komissiyalarına (DSK) yeni sədrlər, müavinlər və katiblər seçilib.

Bu barədə DSK-ların iclaslarında qərar qəbul edilib. Bununla da DSK-ların formalaşması rəsmiləşdirilib.

DSK-ların formalaşmasının rəsmiləşdirilməsi müddəti avqustun 25-dək idi.

Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına uyğun olaraq, 125 seçki dairəsinə 1125 üzv təyin edilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun