Bu gün Azərbaycan cüdoçuları Tokio Paralimpiya Oyunlarında mübarizəyə qoşulub.
Qadın cüdoçularımızdan Şahanə Hacıyeva (-48 kq) Viktoriya Potapovanı (Rusiya) ipponla məğlub edərək finala vəsiqə qazanıb. O, finalda Sandrin Martineni (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb.
Bununla da Azərbaycan medalların ümumi sayına görə 20-ci pillədə qərarlaşıb.
****
Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medalını qazanıb. Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh (S12) -100 m arxasıüstə kateqoriyasında qızıl medal qazanıb.
***
Kişilər arasında 60 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz finaldakı Vüqar Şirinli rəqibi Anuar Sarıyevi məğlub edərək bu oyunların növbəti qızıl medalını qazanıb.
![Paralimpiya Oyunları: Azərbaycan üçüncü qızıl medalı qazandı - [yenilənib]](/_next/image?url=https%3A%2F%2Fs3.eu-central-1.amazonaws.com%2Fabzasmedia%2Fmedia%2Ffeatured_images%2F2022%2F07%2F02%2FWhatsApp-Image-2021-08-27-at-11.34.48.jpg&w=3840&q=75)