Dünya

Rusiyada qadın qətllərinin statistikası: "Hər gün ortalama olaraq 13 qadın qətlə yetirilir"

1 dəqiqə
Rusiyada qadın qətllərinin statistikası: "Hər gün ortalama olaraq 13 qadın qətlə yetirilir"

Rusiyada qadın haqları təşkilatları ölkədə 2011-2019-cu illər arasında baş verən qadın cinayətləri ilə bağlı statistik məlumatlar yayıblar.

Məlumatlara görə, Rusiyada 2011-2019-cu illər arasında baş verən qadın cinayətlərinin 65.8%-i ya qadınların partnyorları, ya da qohumları tərəfindən törədilib.

Bu illər ərzində cinayət qurbanı olan qadınların sayı isə 18 min 500 nəfərdən çox olub.

Bunların 9 min 868 nəfəri ya həyat yoldaşları tərəfindən, ya da birlikdə yaşadıqları şəxslər tərəfindən qətlə yetirilib.

Son iki ilin statistikasına görə isə hər gün Rusiyada ortalama olaraq 13 qadın qətlə yetirilir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun