Dünya

“Taliban” qadınlara çağırış etdi: "Gələcək hökumətdə siz də iştirak edin"

1 dəqiqə
“Taliban” qadınlara çağırış etdi: "Gələcək hökumətdə siz də iştirak edin"

“Taliban” hərəkatının nümayəndələri qadınları gələcək hökumətdə iştirak etməyə çağırıb.

Bu barədə məlumatı “Al Hadath” telekanalı yayıb.

“Biz qadınların qurban olmasını istəmirik”, - deyə hərəkatın nümayəndəsi kanala açıqlamasında qeyd edib.

“Taliban” hərəkatının yaraqlıları avqustun 15-i Əfqanıstanın paytaxtı Kabilə daxil olub və hökumət qüvvələrinin tərk etdiyi dövlət müəssisələrini tutmağa başlayıb. Bunun ardınca, üzərində qadın təsviri olan mağazaların, gözəllik salonlarının vitrinləri bağlanılıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun