Dünya

Taliblər Əfqanıstan hökuməti mətbuat xidmətinin rəhbərini qətlə yetirdi

1 dəqiqə
Taliblər Əfqanıstan hökuməti mətbuat xidmətinin rəhbərini qətlə yetirdi

Kabildə Əfqanıstan hökuməti informasiya mərkəzinin rəhbəri Dava Xan Minapal qətlə yetirilib.

Bu barədə “TOLONews” məlumat yayıb.

Məlumata əsasən, mətbuat xidməti rəhbərinin avtomobili Darul Aman küçəsində hücuma məruz qalıb. Avtomobilin “Taliban” yaraqlıları tərəfindən gülləlbaran edildiyi bildirilib.

Bir neçə gün öncə “Taliban” hökumətin yüksək vəzifəli şəxslərini hədəf alacağı barədə xəbərdarlıq edib.

[embed]https://twitter.com/TOLOnews/status/1423588146407673857[/embed]

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun