Dünya

Yaponiyanın Atom Elektrik Stansiyasında alışma olub

1 dəqiqə
Yaponiyanın Atom Elektrik Stansiyasında alışma olub

Yaponiyanın Sidzuoka prefekturasında yerləşən "Xamaoka" Atom Elektrik Stansiyasının turbin zalında alışma olub.

Bu barədə “Kyodo” agentliyi bildirib.

“Chubu electric power” stansiyasının şirkətinin operatorunun məlumatına görə, yanğın siqnalizasiyası stansiyanın beşinci reaktorunun turbin zalında işə düşüb. Tüstülənmə baş verib.

Zərərçəkənlər haqqında informasiya yoxdur, "Xamaoka" stansiyasında və onun hüdudları xaricində radiasiyanın səviyyəsində dəyişikliklər qeydə alınmayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun