Cəmiyyət

Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov həbsxana hospitalına yerləşdirilib

1 dəqiqə
Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov həbsxana hospitalına yerləşdirilib

Xalq Cəbhəsi Partiyası liderinin mühafizəçisi Niyaməddin Əhmədov COVİD-19 şübhəsilə həbsxanadan Penitensiar Xidmətin xəstəxanasına köçürülüb.

Bu barədə Turan-a vəkil Zibeydə Sadıqova bildirib.

Vəkil həmçinin qeyd edib ki, iki gün öncə məhkəmə prosesində Əhmədov özünü pis hiss edirdi.

Sentyabrın 22-də prokuror Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun