Dünya

Afrika ölkəsi Almaniyadan 9 milyard dollar təzminat tələb edir

1 dəqiqə
Afrika ölkəsi Almaniyadan 9 milyard dollar təzminat tələb edir

Namibiya sakinləri Almaniyadan 9 milyard dollar təzminat tələb edirlər.

TASS xəbər verir ki, Afrika ölkəsinin paytaxtı Vindhukda müvafiq şüarlarla nümayiş keçirilib.

Etirazçılar müstəmləkəçilik illərində Almaniyanın Namibiyada törətdikləri cinayətlərə görə ödəyəcəyi məbləğin dəfələrlə artırılmasını istəyiblər.

Almaniya hökuməti təzminat olaraq 1.3 milyard dollar ödəməyi təklif edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun