Cəmiyyət

Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb

1 dəqiqə
Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakıfövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Hikmət Hacıyev görüşlə bağlı tviter səhifəsində paylaşım edib.

“Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”, deyə Prezidentin köməkçisi vurğulayıb.

Eyni zamanda, İran səfiri də görüşlə bağlı öz fikirlərini yazb. "“Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdən məmnunam. İkitərəfli əlaqələrimizin inkişafını və ümumi maraq doğuran məsələləri müzakirə etdik”, - deyə o, bildirib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun