Cəmiyyət

Jozef Borrel: “Əfqanıstandakı son hadisələr Aİ-nin zəifliyini bir daha göstərdi”

1 dəqiqə
Jozef Borrel: “Əfqanıstandakı son hadisələr Aİ-nin zəifliyini bir daha göstərdi”

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Komissarı Jozef Borrel “Le Monde” qəzetinə maraqlı açıqlamalar verib.

Komissar Əfqanıstanda baş verən son hadisələrin Aİ-nin zəifliyini bir daha göstərdiyini bəyan edib.

“ABŞ-ın çətiri altında ticari və iqtisadi inteqrasiya ilə sabitləşən bir dünya ideyasını dəstəklədik. Amma xüsusilə də 11 sentyabr 2001-ci ildən sonra yeni təhdidlər meydana gəldi.

Çin, Rusiya və Türkiyədə tarixi gerçəkliklərə dayanaraq, hətta yenidən kəşf edilərək keçmiş imperiyalar yenidən dirçəlib”, - deyə Ali Komissar bildirib.

Aİ rəsmisi köhnə qitə ölkələrinin ortaq ordu yaratmaq ideyasına da toxunub. O, güclü Avropanın ABŞ-ın maraqlarına uyun olduğunu qeyd edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun