Cəmiyyət

Əmirulla Saleh: “Nə qədər ki sağam, “Taliban” səsimi boğa bilməyəcək”

1 dəqiqə
Əmirulla Saleh: “Nə qədər ki sağam, “Taliban” səsimi boğa bilməyəcək”

“Nə qədər ki sağam, “Taliban” səsimi boğa bilməyəcək”.

Bu sözləri Pəncşirdəki müqavimət qüvvələrinin liderlərindən biri, Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh "Facebook" səhifəsində yazıb.

“Pəncşir Əfqanıstan deməkdir. Pəncşirin yanında olun və səsinə səs olun. Bizimlə olun. Müqavimət təslim olmayıb və olmayacaqdır. Yalnız öz legitim siyasi tələblərimizi müzakirə etməyə hazırıq. İnternetə çıxışım var. Nə qədər ki sağam, “Taliban” səsimi boğa bilməyəcək”, - deyə əfqan lider qeyd edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun