Siyasət

ATƏT-in fəaliyyətdə olan sədri sərhəddə baş verənlərdən narahat olduğunu deyir

1 dəqiqə
ATƏT-in fəaliyyətdə olan sədri sərhəddə baş verənlərdən narahat olduğunu deyir

ATƏT-in fəaliyyətdə olan sədrliyi Ermənistan-Azərbaycan sərhədi boyunca toqquşmaların bərpası və bu zorakılığın insan tələfatına səbəb olması ilə əlaqədar dərin narahatlığını ifadə edir.

Bu barədə ATƏT-in saytında dərc olunmuş bəyanatda deyilir.


"Güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlanmış məzmunlu siyasi dialoqu davam etdirməyə çağırırıq.


Polşa ATƏT-in sədri qismində regionda möhkəm sülhün bərqərar olmasına və davamlı inkişafa dəstəyə yönələn səylərin bərpası və möhkəmləndirilməsi üçün tərəfdaşlarla işə sadiqdir.


ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu istiqamətdə səylərini dəstəkləyirik. Biz həmçinin ATƏT-in fəaliyyətdə olan polşalı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşikin davam etdirdiyi işə qəti dəstəyimizi bir daha bəyan edirik".

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun