Dünya

Lavrov: “Ukrayna ilə müharibə olmayacaq”

1 dəqiqə
Lavrov: “Ukrayna ilə müharibə olmayacaq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya görə Qərblə yaranan gərginliyə münasibət bildirib.

XİN başçısı deyib ki, Rusiya müharibə istəmir, lakin maraqlarının gözardı edilməsinə də imkan verməyəcək.

“Sputnik”in verdiyi xəbərə görə, Rusiya radiolarına açıqlama verən Lavrov təhlükəsizlik zəmanəti tələbləri qarşısında ABŞ-dan qaneedici cavab ala bilmədiklərini qeyd edib və “müharibə olub-olmayacağı” sualına belə cavab verib:

“Bu, Rusiyadan asılıdırsa, müharibə olmayacaq. Biz müharibə istəmirik. Amma maraqlarımıza hücum edilməsinə və ya diqqətdən kənarda qalmasına imkan verməyəcəyik”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun