Dünya

Litva iraqlı mühacirlərə min avro verib öz ölkələrinə geri göndərir

1 dəqiqə
Litva iraqlı mühacirlərə min avro verib öz ölkələrinə geri göndərir

Belarusdan Litvaya daxil olan 98 iraqlı qeyri-qanuni miqrantın Bağdada gedən təyyarəyə minib ölkələrinə qayıtması üçün min avro ödənilib.

Litvanın daxili işlər naziri Aqne Bilotaite bildirib ki, bu mühacirlər pul müqabilində könüllü olaraq öz ölkələrinə qayıtmağa razılaşıblar.

Mühacirlərin Litvada qaldıqları təqdirdə nə qədər maddi yükə səbəb olacaqlarını hesabladıqlarını qeyd edən Bilotaite deyib ki, bir immiqrant onlara ildə 11 min avroya başa gəlir. “Onlara pul verib təyyarələr təşkil edərək ölkələrinə göndərmək təbii ki, bizim üçün daha sərfəlidir”, o əlavə edib.

Miqrasiya böhranı başlayandan bəri Litva indiyədək Belarusdan 500-dən çox qeyri-qanuni miqrantı deportasiya edib.

Litvada miqrantların qəbulu mərkəzlərində 3000-dən çox qeyri-qanuni miqrant var.

Litva, Latviya və Polşa ilə birlikdə Aİ Belarus administrasiyasını qeyri-qanuni miqrantların Avropaya tranzitini qəsdən təşviq etməkdə ittiham edir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun