Siyasət

Sərhəddə vəziyyət gərginləşib, hər iki tərəfdən itkilər var

1 dəqiqə
Sərhəddə vəziyyət gərginləşib, hər iki tərəfdən itkilər var

Yanvarın 11-i günortadan etibarən Ermənistan-Azərbaycan sərhədində (Kəlbəcər-Vardenis) atışma gedir.

Bu barədə Ermənistan və Azərbaycan Müdafiə Nazirlikləri də məlumat yayıb. Məlumatda hər iki tərəf bir-birini təxribat törətməkdə ittiham edir. Erməni mənbələrinin məlumatına görə, ermənilərin üç ölü və üç yaralısı var. Azərbaycan tərəfdən isə bir nəfər həlak olub.


Erməni KİV-lərinin məlumatına görə, Azərbaycan tərəfi zərbə dronlardan və artilleriyadan istifadə edib. Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.


Mövqe itkiləri barədə məlumat verilmir. Ermənistan tərəfinin məlumatına görə, döyüşlər Verin Şorja kəndi istiqamətində gedir. Ancaq sonradan Azərbaycanın hökumətə yaxın mətbuat orqanlarında gedən məlumata görə, Ermənistan ordusunda 8 ölü olub və 2 post dağıdılıb.

Hələlik isə sərhəddəki vəziyyətlə bağlı dolğun məlumat yoxdur.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun