Dünya

Saakaşvili yanvarın 6-da yenidən aclıq aksiyasına başlaya bilər

1 dəqiqə
Saakaşvili yanvarın 6-da yenidən aclıq aksiyasına başlaya bilər

Saakaşvili əcnəbi həkimlərin ona baş çəkməsinə və vəkillərilə gizli danışmasına icazə verilməyəcəyi təqdirdə yenidən aclıq aksiyasına başlaya bilər.

Bu barədə jurnalistlərə Gürcüstanın eks-prezidentinin vəkili Şota Tutberidze məlumat verib.

Onun sözlərinə görə, siyasətçi aclıq aksiyasını yanvarın 6-dan bərpa edə bilər.

Saakaşvili oktyabrın 1-də Ukraynadan ölkəyə gələrkən saxlanılıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun