Dünya

Tennis ulduzu Cokoviçin vizası peyvənddən azad edilməsinə reaksiya olaraq ləğv edilib

1 dəqiqə
Tennis ulduzu Cokoviçin vizası peyvənddən azad edilməsinə reaksiya olaraq ləğv edilib

Avstraliyanın baş naziri Skott Morrison dünyanın bir nömrəli tennisçisi adını alan Novak Cokoviçin koronavirus peyvəndinə qarşı əks-göstəriş almasını narazılıqla qarşılayıb. O, idmançıya ultimatum verib və qeyd edib ki, peyvəndin zərərli olması barədə tibbi təsdiq gözləyir.

“Biz bu sübutu gözləyirik. Əgər kifayət qədər inandırıcı deyilsə, ona hər hansı digər insanla eyni davranılacaq: o, ilk təyyarə ilə evə göndəriləcək”, - deyə Morrison hədələyib.

Yanvarın 4-də Cokoviçin peyvənd vurdurmadığına baxmayaraq, “Australian Open” çempionatında mübarizə apara biləcəyi məlum olub. O, Viktoriya ştatının hakimiyyət orqanlarından xüsusi icazə alıb.

“Australian Open” turniri yanvarın 17-dən 30-a kimi davam edəcək. Dünyanın bir nömrəli tennisçisi Cokoviç turnirin hazırkı qalibidir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun