Dünya

Türkiyənin “Pegasus” aviaşirkəti İrəvana reyslər həyata keçirmək üçün Ermənistana müraciət edib.

1 dəqiqə
Türkiyənin “Pegasus” aviaşirkəti İrəvana reyslər həyata keçirmək üçün Ermənistana müraciət edib.

Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.

“Sputnik Armenia”nın xəbərinə görə, şirkət fevral ayından etibarən İstanbul-İrəvan arasında həftədə iki dəfə uçuş həyata keçirmək üçün müraciət edib.

Ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır. Dekabrın 24-də isə “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun