Ukraynada 20 yaşlı əsgər xidməti silahdan istifadə edərək öz xidmət yoldaşlarına atəş açıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yanvarın 27-də səhər 5 radələrində karaul otağında baş verib.Dnepr şəhərində Milli Qvardiyada xidmət edən 20 yaşlı Artemiy Ryabçuk müddətdən artıq hərbi xidmət keçirmiş. O, əsgər yoldaşlarını karaul otağında güllələyib. Hadisə zamanı otaqda ümumilikdə 22-yə yaxın hərbçi olub.
Artemiy Ryabçuk hadisəni törətdikdən sonra qaçmağı bacarıb. Onun saxlanılması üçün əməliyyatlar aparılır.
Daxili İşlər Nazirliyi onu da əlavə edib ki, hadisənin hansı səbəbdən törədilməsi hələlik məlum deyil.
