Cəmiyyət

Vəzirov vəfat edib, Rusiyada dəfn olunacaq

1 dəqiqə
Vəzirov vəfat edib, Rusiyada dəfn olunacaq

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov vəfat edib.

Bu barədə onun oğlu Eldar Vəzirov məlumat verib. Ə.Vəzirov yanvarın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində 91 yaşında dünyasını dəyişib.

Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində, həyat yoldaşının yanında dəfn olunacaq.


Əslən Şuşadan olan siyasətçi 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olub. O, 1988-ci ildən 1990-cı ilədək Azərbaycan SSR-ə rəhbərlik edib.

1990-cı il 20 Yanvar qırğınından sonra Rusiyaya sığınıb və ömrünün sonunadək orada yaşayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun