Cəmiyyət

DİN: "Bakıda 3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsü saxlanılıb"

1 dəqiqə
DİN: "Bakıda 3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsü saxlanılıb"

Daxili İşlər Nazirliyinin Bakıda 3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsünü saxladığını deyir. 

Bu barədə polis qurumu məlumat yayıb.

Məlumatda deyilir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında apardıqları araşdırmalarla “KİA” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Şağan qəsəbə sakini E.Camalovun 2021-ci ilin fevral ayından cari il fevral ayının 11-dək olan müddətdə avtomobilində sərnişin kimi apardığı həmyerliləri olan 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.


E.Camalov polis əməkdaşları tərəfindən saxlanılılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə (Seksual xarakterli zorakılıq hərəkətləri) cinayət işi başlanılılıb.


Zəruri istintaq-əməliyyat tədbirləri aparılır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun