Siyasət

Qoca Səmədov müalicə müəssisəsinə köçürülüb, kassasiya şikayətinə də baxılacaq

1 dəqiqə
Qoca Səmədov müalicə müəssisəsinə köçürülüb, kassasiya şikayətinə də baxılacaq

Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb.

Bu barədə onun vəkili Elnur Vəliyev məlumat verib. O bildirib ki, keçmiş icra başçısının hazırda səhhəti yaxşı deyil və müalicəsini müalicə müəssisəsində davam etdirir.

Vəkil əlavə edib ki, Səmədov kassasiya şikayəti də verib. O deyib ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun