Dünya

Təbrizdə döyüş təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

1 dəqiqə
Təbrizdə döyüş təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

Təbrizdə qəzaya uğrayan döyüş təyyarəsi nəticəsində 3 nəfər həlak olub.

İranın yarı rəsmi Tesnim xəbər agentliyi F5 qırıcısının İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhəri yaxınlığında qəzaya uğradığını açıqlayıb. IRNA dövlət agentliyi hadisə nəticəsində azı 3 nəfərin öldüyünü bildirib.

Ölənlərdən birinin pilot, ikisinin isə mülki şəxs olduğu bildirilib.

İdman zalına düşüb

Yerli media təyyarənin şəhərin Monjem prospektində yerləşən Alipur İdman Zalına çırpıldığını bildirib. Qəzanın görüntüləri də yayılıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun