Dünya

Türkiyə Ədliyyə Nazirliyi BƏƏ-dən Sədat Pekerin ekstradisiya üçün müvəqqəti saxlanmasını istəyib

1 dəqiqə
Türkiyə Ədliyyə Nazirliyi BƏƏ-dən Sədat Pekerin ekstradisiya üçün müvəqqəti saxlanmasını istəyib

Türkiyənin Ədliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) haqqında qırmızı bülletenlə axtarış elan edilmiş mütəşəkkil cinayətkar dəstə rəhbəri Sədat Pekerin Türkiyəyə ekstradisiya olunması üçün həbs edilməsini tələb edib.

Anadolu Agentliyinin verdiyi məlumata görə, Bursa 5-ci Ağır Cinayətlər Məhkəməsi ilə İstanbul Anadolu Ağır Cinayətlər Məhkəməsinin saxlanma qərarı əsasında Sədat Pekerin 194 ölkədə beynəlxalq səviyyədə həbs edilməsi üçün İnterpol tərəfindən 1 Fevral tarixində qırmızı bülleten çıxarılıb.

Bundan sonra Türkiyə Ədliyyə Nazirliyi hazırda Birləşmiş Ərəb Əmirliklərində olan Sədat Pekerin ekstradisiyası üçün hərəkətə keçib. BƏƏ-yə göndərilən yazıda Sədat Peker haqqında Bursa Cumhuriyyət və İstanbul Anadolu məhkəmələri tərəfindən çıxarılmış ekstradisiya tələblərinə istinad olunub.

Ədliyyə Nazirliyi Sədat Pekerin ekstradisiyası üçün müvəqqəti saxlanmasını tələb edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun